Fevral ayında 467 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi, internet və teleradio xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi ilə əlaqədar tədbirlər uğurla davam etdirilir.
Fevral ayında Şərur rayonunun Kərimbəyli Kənd Mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Burada quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir. Şərur rayonunun Kərimbəyli poçt bölməsi yeni binaya köçürülmüş, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində ötən ay 169 yeni telefon nömrəsi istismara verilmişdir.

Ətraflı: Fevral ayında 467 abunəçi internetlə təmin olunub

Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2014-cü il 19 sen­tyabr tarixli digər Fərmanı ilə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir.
Muxtar respublikanın hazırkı ­sosial-iqtisadi inkişafı rabitə və yeni texnologiyaların rolunu daha da artırmışdır. Son illərdə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, geniş­zolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir.

Ətraflı: Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

“Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib

Fevralın 8-də “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib.
Muxtar respublikanın dövlət orqanlarının informasiya təhlükəsizliyinə cavabdeh şəxslərin və mətbuat xidmətlərinin əməkdaşlarının iştirak etdiyi seminarı Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. İnformasiyanın cəmiyyət həyatındakı rolu nə qədər böyük olsa da, informasiya təhlükəsizliyinin qorunması da bir o qədər vacibdir. Ötən dövrdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın dövlət orqanlarının saytları yaradılıb, bu qurumlar arasında elektron sənəd dövriyyəsi sistemi istifadəyə verilib.

Ətraflı: “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının...