“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bayram və istirahət günlərində gücləndirilmiş iş rejimində çalışır.
Burada sakinlərə kommunal, telefon haqlarının ödənişi, pul baratlarının, məktubların, bağlamaların qəbulu və digər xidmətlər göstərilir. Həmçinin mobil cihazların qeydiyyatdan keçirilməsi xidmətindən də sakinlər istifadə edirlər.

 Qeyd edək ki, NAXTEL 4G Məhdud Məsuliyyətli Cəmiyyəti də bayram günlərində əhaliyə nümunəvi xidmət göstərir. Novruz bayramı ilə əlaqədar olaraq NAXTEL sərfəli kompaniyalar təklif edir. Belə ki, martın 18-dən 31-dək balansını 10 manat və ya daha çox artıran hər bir abonentə 5gb internet, 60 dəqiqə  danışıq haqqı və 100 sms hədiyyə olunur.

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

    Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

     Naxçıvan Dövlət Universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov seminarı açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar Respublika rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan rektor startapın inkişafı üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

Ətraflı: “İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar...

Poçt şöbələrində pensiya ödənişlərinin avtomatlaşdırılması başa çatdırılıb

  Bu gün bütün sahələrdə olduğu kimi, poçt sahəsi də dövlətimiz tərəfindən yüksək qayğı ilə əhatə olunub. Muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili məqsədilə muxtar respublikda həyata keçirilən tikinti quruculuq işləri nəticəsində poçt sahəsinin maddi-texniki bazası  möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir.

Ətraflı: Poçt şöbələrində pensiya ödənişlərinin avtomatlaşdırılması başa çatdırılıb