Rüb ərzində 1620 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-ci ilin I rübündə də uğurla davam etdirilmişdir.
Ordubad rayonunun Dəstə kənd mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Rabitə evində quraşdırılan yeni nəsil 704 nömrəlik Avtomat Telefon Stansiyası Dəstə kəndində 518 abonentə və 370 internet istifadəçisinə xidmət edir.  Həmçinin Şərur  rayonunun Kərimbəyli kənd mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Rabitə evində quraşdırılan yeni nəsil 384  nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir.  
Ordubad rayonunun Dəstə və Şərur  rayonunun Kərimbəyli kəndlərində poçt bölməsi yeni binaya köçürülmüş, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində rüb ərzində  510 yeni telefon nömrəsi istismara verilmişdir.

Ətraflı: Rüb ərzində 1620 abunəçi internetlə təmin olunub

“Mavi Balina” oyununun yaratdığı təhlükələr

İnformasiya təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən ən əsası istənilən tipli məlumatın praktik olaraq maneəsiz yayılmasına şərait yaradan qlobal internet mühitinin inkişafıdır. Muxtar respublikamızda internet istifadəcilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Bir çoxları, xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.

Ətraflı: “Mavi Balina” oyununun yaratdığı təhlükələr

Kibertəhlükələrdən necə qorunaq?

Bütün dünyada kibercinayətkarlığın artması dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir.

Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir.

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir.

Ətraflı: Kibertəhlükələrdən necə qorunaq?