Startap layihələrinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları ilə birgə startap layihələri müzakirə olunub. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, müvafiq sərəncamın məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək ­olmaqdır.

Ətraflı: Startap layihələrinin təqdimatı olub

İnternetdə yayılmış oyunların yaratdığı təhlükələr

Muxtar respublikamızda internet istifadəcilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.

Ətraflı: İnternetdə yayılmış oyunların yaratdığı təhlükələr

Naxçıvan Universitetində “Huawei” şirkətinin mütəxəssisi tərəfindən seminar-treninq keçirilmişdir

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Universitetində növbəti seminar-treninq keçirilib. “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim“ mövzusunda  keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  əməkdaşları, Naxçıvan  Dövlət Universitetinin,  Naxçıvan Universitetnin və Naxçıvan Texniki Kollecinin bir qrup müəllim və tələbələri iştirak ediblər.

     "Huawei” şirkətinin əməkdaşı Ülvi Əkbərov  mobil rabitə sisteminin yaranması və 2G, 3G və 4G  LTE   texnologiyalarının strukturu və iş prinsipi haqqında  iştirakçılara geniş mühazirə oxuyub.

    Sonda tələbələrin  ­sualları ətraflı şəkildə cavablandırıldı.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti