Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Qərarı

Qərar № 09

Bakı şəhəri                                                                                                                                                                             12 aprel 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli iclasının qərarına əsasən:

1. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış təkliflər nəzərə alınaraq, Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə aşağıda göstərilən tariflər təsdiq edilsin.

Nömrə resurslarının adı

Tariflər (ƏDV ilə manatla)

Birdəfəlik

İllik

1.

Sabit telefon şəbəkəsi üçün nömrə resursunun ayrılması (1 nömrə üçün)

 

 

 

Bakı şəhərində

0,8

0,1

 

digər bölgələrdə

0,2

0,02

2.

Sabit telefon şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi zona kodunun ayrılması

20 000

1000

3.

Mobil telekommunikasiya şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi kodun ayrılması

240 000

20 000

4.

Mobil telekommunikasiya şəbəkəsi üçün qeyri-coğrafi nömrə resursunun ayrılması (2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resursunun hər bir nömrəsi üçün)

10 000

0,004

5.

3 və 4 rəqəmli qeyri-coğrafi kodun şəhər daxilində ayrılması:

 

 

 

ÜİTŞ-dən istifadə etməklə, (DIAL-UP) İnternet şəbəkəsinə giriş üçün;

1 600

245

 

digər xidmətlər üçün

2 800

840

6.

Beynəlxalq nöqtə (point) kodunun ayrılması

2 940

245

7.

Milli nöqtə (point) kodunun ayrılması

980

300

8.

Mobil şəbəkə kodunun ayrılması (MNC)

1 960

240

9.

Data şəbəkə identifikasiya kodunun ayrılması (DNIC)

1 560

200

2. Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin ilk dəfə tətbiq olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, 2006-cı ilin sonuna qədər tariflərin tətbiqi üzrə alınmış nəticələri təhlil etsin və təkliflərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim etsin.

3. Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər 2006-cı il 01 may tarixindən tətbiq edilsin.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri

H.Babayev