"Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"nın və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 1.4- cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı" və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A.Rasizadə

Bakı şəhəri, 9 dekabr 2004-cü il

№ 191

 

 

Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı

Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları