Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 175

Bakı şəhəri                                                                                                                                                                         21 avqust 1998-ci il 

«Rabitə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 624 nömrəli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

«Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

 

 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 avqust 1998-ci il, № 8, maddə 558) («VneshExpertService»).

10 mart 2004-cü il tarixli, 27 nömrəli; 21 sentyabr 2004-cü il tarixli, 135 nömrəli; 7 iyul 2005-ci il tarixli, 131 nömrəli; 11 oktyabr 2005-ci il tarixli, 184 nömrəli; 14 dekabr 2005-ci il tarixli, 226 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 28 dekabr 2006-cı il tarixli, 278 nömrəli; 16 yanvar 2007-ci il tarixli, 5 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService»).

 

Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları (AZ 031.01.)

 

▪  1. Tətbiq sahəsi

▪  2. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının məqsəd və vəzifələri

▪  3. Termin və anlayışlar

▪  4. Ümumi müddəalar

  5. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonaları üzrə telekommunikasiya operatorlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri

 6. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının keçirilməsi qaydaları

 7. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sxemi

▪  8. Normativ-texniki sənədlər

▪  9. Appelyasiyaya baxılması qaydası

▪ 10. Avadanlığına istehsalçı firma tərəfindən, yaxud rabitə avadanlığının Azərbaycan Respublikası bazarlarında satan satıcı (distribyutor, diler) tərəfindən alınmış sertifikatların istifadə qaydaları

11.Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı