«Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın təsdiq edilməsi haqqında

Qərar № 227

Bakı şəhəri                                                                                                                                  14 dekabr 2005-ci il 

«Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli, 277 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Azərbaycan Respublikasında rabitə vasitələrinin və qurğularının mühafizə Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 dekabr tarixli, 138 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

 

 

Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları

 

1. Ümumi müddəalar

2. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonaları  

3. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizəsinin həyata keçirilməsi tədbirləri

4. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında işlərə qoyulan qadağalar və şərtlər

5. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonaları üzrə telekommunikasiya operatorlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri

6. Telekommunikasiya şəbəkələri, vasitə və qurğularının zədələnməsinə görə məsuliyyət

Rabitə kabel xətlərinin digər yeraltı, yerüstü, sualtı və hava qurğularından olan minimal məsafəsi