Muxtar respublikada Bilik Günü qeyd olunub

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib


Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edərək demişdir: Təhsil hər bir ölkə üçün strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz!”. Elm və təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Dünya dövlətlərinin inkişafla bağlı müasir çağırışları, ilk növbədə təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə əlaqəlidir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan etmişdir.

Ətraflı: Muxtar respublikada Bilik Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırlatmışdır.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir


Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılmışdır. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanmışdır.

Ətraflı: Şəhərtipli müasir Badamlı qəsəbəsi