Mənzillər təqdim olunub

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.

Ətraflı: Mənzillər təqdim olunub

Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaratmışdır. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilmişdir. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.

Ətraflı: Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır.
Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordusunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Ətraflı: Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir