Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.

Ətraflı: Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Cəmşid Naxçıvanski muzeyi istifadəyə verilmişdir.

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski muzeyi istifadəyə ­verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Xalqımız qəhrəmanlığı və şücaəti ilə seçilən görkəmli sərkərdələri ilə tanınır. Böyük hərb sənətinə malik olan Azərbaycanda bu sənəti inkişaf və davam etdirən Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gələcək nəsillər üçün nümunəvi vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olmuşdur.

Ətraflı: Cəmşid Naxçıvanski muzeyi istifadəyə verilmişdir.

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilmiş, hərtərəfli xidmət şəraiti yaradılmışdır. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilmiş, sərhəd zastavaları yenidən qurulmuş, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilmişdir.

Ətraflı: 15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib