Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışmışdır. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunmuş, turizm potensialını diqqətə çatdırmışdır.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.
Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.

Ətraflı: Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara...

31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib

1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş sоyqırımı bəşəriyyət tarixində ən qanlı cinayətdir. Həmin dövrdə Naxçıvanda da ermənilər tərəfindən qırğınlar törədilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Xüsusi amansızlıqla aparılan soyqırımlara baxmayaraq naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanmış, mübarizə aparmışlar. Erməni vəhşiliklərinin əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açılmış, xalqımıza qarşı törədilmiş soyqrımlara dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
 Soyqırımı qurbanlarının xatirəsi bu gün də əziz tutulur, yad edilir.

Ətraflı: 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib