Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb


Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanmışdır. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı daya­nır”, – deyən ölkə Prezidenti cənab ­İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Muğanlı və Alışar kənd­lərində yeni sosial obyektlərin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ətraflı: Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “Naz Lifan 330” markalı minik avtomobili təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ətraflı: Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının medal və fəxri adlarına layiq görülmələri münasibətilə təbrik etmişdir.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub