Milli Qurtuluş Gününün bəhrələri

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmişdir


İyunun 14-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmiş, fakültənin yaranmasının 20 illiyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini təbrik edərək demişdir: Səhiyyənin inkişafı hər bir xalqın gələcəyinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahəni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Bu gün ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ətraflı: Milli Qurtuluş Gününün bəhrələri

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.
İyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənc­lər Yaşayış Kompleksi”nin təməlatması olmuşdur.

Ətraflı: Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlanmışdır.
İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləmişlər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport vermişdir.

Ətraflı: Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib