- Ətraflı
-
Baxış sayı: 585
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır. Elm adamlarına qayğı göstərilir, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması, nümunəvi dərslərin keçirilməsi və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açmışdır. Ötən dövrdə muxtar respublikada elmi tədqiqatların nəticəsi olan mühüm kitab və ensiklopediyalar çap olunmuş, beynəlxalq konfrans və simpoziumlar keçirilmiş, ekspedisiyalar təşkil edilmişdir.
Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib