Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.

Ətraflı: Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlamış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir.

Ətraflı: Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də müasirləşdirilmiş, əhali keyfiyyətli tibbi xidmətlə təmin olunmuşdur. Bu gün muxtar respublikada yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Görülən işlər içərisində icbari tibbi sığortanın tətbiqi və təcili tibbi yardım xidmətinin təşkili xüsusi yer tutur.

Ətraflı: Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib