Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

Quruculuq işləri Şahbuz rayonunun Türkeş kəndini yeni inkişaf mərhələsinə çıxarıb.

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik tariximizin əsasını qoymuşdur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir.

Ətraflı: Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilmişdir

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur.
Ali Məclisin Sədri iclası açaraq demişdir ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranmışdır. Müstəqil Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası ümummilli ­liderimiz Heydər Əliyevin şah əsərləridir. 1992-ci ildə ölkə ziyalılarının ulu öndərə müraciəti əsasında yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük xalq dəstəyi qazanaraq hakim partiyaya çevrilmişdir. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”, – deyən ümummilli liderimiz Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmış, müstəqilliyimiz qorunub saxlanılmışdır. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ulu öndərin siyasi xəttini uğurla davam etdirir, müstəqilliyimiz daha da möhkəm­lənir. Dövlət başçısının “Ölkəmizin ən qiymətli sərvəti onun insanlarıdır” fikri bütün sahələrdə inkişafın əsas istiqamətinə çevrilmişdir.

Ətraflı: Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi...