Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər görülür, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır. Ona görə də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq da mühüm əhəmiyyət daşıyır.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olmuşdur.

Ətraflı: Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək demişdir: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür.Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.

Ətraflı: Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub