Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir.

Ətraflı: Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir

Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olmuşdur. Lakin ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir.

Ətraflı: Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə...

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil ­edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Ətraflı: Naxçıvanda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib