“Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvanpoçt” publik hüquqi şəxsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 4 noyabr 2019-cu il