“Startup.nakhchivan.az” internet portalının təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan “startup.nakhchivan.az” internet portalının təqdimatı olub.
“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Naxçıvan televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş etdirilib.

Ətraflı: “Startup.nakhchivan.az” internet portalının təqdimatı olub

Naxçıvan Dövlət Universiteti tələbələrinə “Nar” mobil operatoru tərəfindən təqaüd kartları verilib

Naxçıvan Dövlət Univesiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. “Azerfon” şirkətinin Baş icraçı direktoru Qunnar Pahnke bu məqsədlə universitetə gəlib. Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayıb, bu tədbirlərin keçirilməsinin tələbələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində artan rolundan danışıb.

Ətraflı: Naxçıvan Dövlət Universiteti tələbələrinə “Nar” mobil operatoru tərəfindən...

“Naxçıvan” Universitetində seminar-treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Huawei” şirkəti tərəfindən“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib.

Ətraflı: “Naxçıvan” Universitetində seminar-treninq keçirilib