Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir-liyində keçirilən müşavirəni nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2019-ci il 7 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə payız–qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə hörmətli Ali Məclis Sədri digər sahələrlə yanaşı rabitə və yeni texnologiyalar nazirliyinə  də tapşırıqlar vermişdir. Nazirliyimizə fasiləsiz poçt və rabitə xidmətlərinin   göstərilməsi üçün mal-material ehtiyyatlarının yaradılması  tapşırılmışdır.

Ətraflı: Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr...

Rabitə xidmətinin səviyyəsi yüksəldilir

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə  üzrə artıq mövcud 21 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları  demontaj olunaraq yeni nəsil  avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 ədəd stansiya tələbat olan açıq ərazilərdə montaj edilib.

Ətraflı: Rabitə xidmətinin səviyyəsi yüksəldilir

İnformasiya texnologiyalarının tədrisi diqqət mərkəzində saxlanılır

İnsan təxəyyülünün inkişafında ən mühüm amillərdən biri də müasir biliklərə yiyələnməkdir. Müasir bilik dedikdə ağıla ilk gələn kompüterlər, eləcə də informasiya-kommunikasiya texnologiyalarıdır ki, bunlar da həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı yeni texnologiyaların intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu gün muxtar respublikamızda da müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Mövzu ilə əlaqədar müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovla söhbət zamanı bunun bir daha şahidi olduq.

Ətraflı: İnformasiya texnologiyalarının tədrisi diqqət mərkəzində saxlanılır