“Naxçıvan” Universitetində seminar-treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Huawei” şirkəti tərəfindən“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib.

“Huawei” şirkəti tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” MMC-nin Dövlət Operatorları üzrə Layihələrə İcraçı cavabdeh şəxs Tural Zərbəliyev Telekommunikasiya sistemləri və yeni nəsil Core avadanlıqları haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin  sualları ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar

Nazirliyinin mətbuat xidməti