Əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin avqust ayında davam etdirilmişdir.
Culfa şəhəri mərkəzi avtomat telefon stansiyasında montaj və tənzimləmə işləri başa çatdırılmışdır. Culfa rayon Boyəhməd kəndində yeni nəsil avtomat telefon stansiyası qurularaq istifadəyə hazırlanmışdır. Bundan əlavə, Şərur rayon Yeni Havuş, Muğancıq-Mehrab kəndlərində yeni nəsil avtomat telefon stansiyaları istismara hazır vəziyyətə gətirilmişdir.

Şərur rayonunun Tənənəm kəndinə 12 km məsafədə fiber optik kabel xəttinin tikintisinə başlanmış, Şahbuz rayonunun Biçənək-Batabat məntəqələri arasında 4,8 km  məsafədə fiber optik xəttin tikintisi davam etdirilimişdir.
Naxtelin abunəçi tutumunun artırlıması və mobil internet xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün alınmış 5 ədəd baza stansiyası istismara tam hazır vəziyyətə gətirilmişdir. Həmçinin Naxtelin ehtiyyat hesablama sisteminin proqram təminatı və server avadanlıqları işə salınmışdır.
Kəngərli rayon Təzəkənd avtomat telefon stansiyasına 48 portlu, Babək rayon Zeynəddin kənd və Şərur rayon Sərxanlı, Alışar, Yengicə, Oğuz, Mahmudkənd və Qarxun kənd avtomat telefon stansiyaların  hər birinə portların artırılması üçün 32 portluq DSLAM avadanlığı quraşdırılaraq asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılmışdır. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 181 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. Avqust ayında muxtar respublika ərazisində, ümumilikdə, 16356 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 533 yeni abunəçi internetlə təmin olunmuşdur. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində komunal xərclərin yığılması davam etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti