Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir-liyində keçirilən müşavirəni nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2019-ci il 7 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə payız–qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə hörmətli Ali Məclis Sədri digər sahələrlə yanaşı rabitə və yeni texnologiyalar nazirliyinə  də tapşırıqlar vermişdir. Nazirliyimizə fasiləsiz poçt və rabitə xidmətlərinin   göstərilməsi üçün mal-material ehtiyyatlarının yaradılması  tapşırılmışdır.

Qeyd olunub ki,  hazırda  RYTN və onun tabeliyində olan müəssisələr üzrə payız-qış mövsümü ilə bağlı  heç bir maneə yoxdur. Ilin əvvəlindən Ali Məclis Sədrinin  tapşırığı ilə  hazırlanmış Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulan işlərin icrası davam etdirilir. Nazirliyin ambarında bu günə 184.5 km fiziki, 79.6 km fiberoptik kabellər var. Bundan əlavə ambarda  qəza halları üçün daima müxtəlif diametrli kabellərin hər birindən 2 km olmaqla ehtiyyat saxlanılır.
Mövsümdən asılı olmayaraq istismar edilən bütün elektron qurğuların ehtiyyat hissələrinin və bloklarının olmasına nəzarət olunur. Ehtiyyat tükənmədən əlavə hissələrin alınması təmin edilir.
Avadanlıqların qorunması haqqında  hörmətli Ali Məclis Sədri tərəfindən  verilən tapşırıq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bütün mümkün imkanlardan istifadə olunur. Belə ki, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan bütün avtomat telefon stansiyaları, radio və televiziya yayım avadanlıqları və diqər qurğular gərginliyin ani artıb-azalmasına həssas ayırıcı  gərginlik releləri ilə təhciz olunub.  Telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları  qoyulur. Eyni zamanda muxtar respublikada həyata kecirilən geniş abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan kənd mərkəzlərinin istifadəyə verilməsi, avtomat telefon stansiyaların və poçt bölmələrinin  istilik sistemi ilə təmin edilmiş müasir binalara köçürülməsi sayəsində  poçt-rabitə xidmətlərinin keyfiyyəti xeyli yüksəlmiş, elektron avadanlıqların  istismarı üçün standartlara uyğun şərait yaranmışdır.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə  mövcud 198 avtomat telefon stansiyasından 26-sı açıq hava tipli, 166-i əsaslı təmir erdilmiş və ya yeni binalarda,  179  poçt məntəqəsindən 173-i yeni yaxud əsaslı təmir edilmiş istilik təminatı olan binalarada yerləşir.  İstilik sistemi olmayan cəmi 14 iş yeri o cümlədən 2 radio televiziya verici stansiyası isə qışda standart elektrik qızdırıcıları ilə qızıdırılır.
Bütün  generator və akumlyatorlara  mərkəzləşmiş qaydada  xidmət olunur,  onlara lazımi texniki xidmət göstərilir. Hazırda bütün generator və akumlyatorlar saz vəziyyətdədir.   Oktyabr ayının 25-dək enerjini az saxlayan istismar müddəti  ötmüş  akumlyatorun yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur. İş avtomobillərin  daim saz olması nəzarətdə saxlanılır, oktyabr ayında isə bir daha  qış mövsümünə hazırlıqla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq kompleks baxış həyata keçirilməlidir.
Yaradılmış imkanlardan istifadə olunmaqla və 7 sentyabr 2019-cu il tarixli müşavirədə muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov Cənabları təfəfindən verilən  tapşırıqlar rəhbər tutularaq , hər il olduğu kimi rabitə və yeni texnologiyalar nazirliyi üzrə  2019-2020-ci ilin payız-qış mövsümünü də uğurla başa vuracaq,  muxtar respublikanın  telekommunikasiya, poçt, radio-televiziya yayımı və internet sahəsinin dayanıqlı və keyfiyyətli işi təmin ediləcəkdir.
Bu vəzifələrin icrasında  rabitə və yeni texnologiyalar nazirliyi və onun sturukturuna daxil olan bütün müəssisələrimizdə çalışan işçilərimizə uğurlar arzu edirəm.
Sonra məruzə ətrafında çıxışlar olub.