Rabitə xidmətinin səviyyəsi yüksəldilir

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə  üzrə artıq mövcud 21 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları  demontaj olunaraq yeni nəsil  avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 ədəd stansiya tələbat olan açıq ərazilərdə montaj edilib.

Ümumilikdə bu layihə ilə Culfa rayonu ərazisində 28  yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur.  Bundan əlavə, rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda 48 lifli  yeraltı fiber optik kabel xəttinin tikintisi   başa çatdırılıb, hazırda avtomat telefon stansiyaların bu xətt üzərində qurulan 10 GB/s-lik telekommunikasiya sisteminə inteqrasiya edilməsi həyata keçirilir.Yeni fiber optik kabel xətti üzərində qurulan telekommunikasiya sisteminin  və Əbrəqunus, Göydərə, Qazançı  paylayıcı qovşaqların istifadəyə verilməsi, 18 yeni nəsil telefon stansiyasını, Naxtelin  6 baza stansiyasını, bu ərazilərdə yerləşən orta ümumtəsil məktəblərini  və digər qurumları yüksək sürətli arabağlantı  və internet kanalları ilə təmin edəcəkdir.

Həmçinin 5-ci mərhələnin icrası ilə bağlı Çin Xalq Respublikasının Huavei şirkəti ilə bağlanmış müqavilədə Naxçıvan–Qıvraq-İbadullala–Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus  itiqamətlərində  alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur. Bunlardan Duzdağ-Şahbuz arası radiorele, digərləri isə optik kabel xəttləri üzərindən təmin ediləcəkdir.
Həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil naxtel abunəçilərinin say artımına da real zəmin yaradıb. Hazırda Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Naxtelin maddi texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 ədəd yeni baza stansiyası və   ehtiyyat məlumat hesablama sistemi alınıb. Hazırda baza stansiyaların və məlumat hesablama sisteminin quraşdırma- tənzimləmə işləri həyata keçirilir.
Bəhs olunan dövrdə internet xidmətlərinə  artan tələbat nəzərə alınaraq həm Turktelekom istiqamətindən, həm də Deltatelekom istiqamətindən daxil olan internet trafiki  1 Gb/s artırılıb, nəticədə muxtar resublikaya daxil olan internet kanallarının həcmi 10 Gb/s-yə çatdırılıb. Görülən tədbirlər nəticəsində bu ilin ilk 6 ayı ərzində  simli şəbəkə üzrə  2827 abunəçi asinxron internet bağlantısı ilə təmin edilib. “Evədək optika” layihəsi çərçivəsində isə  23 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib və gigabit passiv optik şəbəkə  avadanlığı quraşdırılıb. Bundan əlavə, muxtar espublika üzrə mövcud avtomat telefon stansiyaların montaj tutumları hesabına   hesabat dövründə 1028 ədəd yeni telefon nömrəsi istismara  verilib. 2019-cu ilin birinci yarısında muxtar respublika ərazisində ümumilikdə 45475  metr fiber optik kabel xəttlərinin tikintisi həyata keçirilib.
Məlumatda o da qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”-nın təsdiq edilməsi haqqında 2 mart 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Rabitə və Yeni Texnologiyalar nazirliyinin dəstəyi ilə Dövlət Statistika Komitəsi üçün hazırlanan “Statistik Məlumatlar Sistemi” bu ilin iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə  istismara verilib.


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni

Texnologiyalar Nazirliyinin mətbuat xidməti