May ayında 502 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin may ayında davam etdirilmişdir.
Naxçıvan şəhərində mərkəzi Avtomat Telefon Stansiyasında olan Alcatel Lusent DSLAM avadanlığında artım üçün 2 ədəd 48 portluq, 17№li məktəbin ətrafında və Zərifə Əliyeva küçəsində yerləşən Avtomat Telefon Stansiyasınlarının hər birinə 1 ədəd MA5616 internet modulu əlavə edilmişdir. Bundan əlavə, Babək rayon Güznüt kəndində 48 portluq, Çeşməbasar kəndində 64 portluq və Şahbuz rayonu Şahbuzkənd Avtomat Telefon Stansiyasına 32 portluq hər birinə 1 ədəd MA5616 internet modulu əlavə edilmişdir.

Şərur rayonu Çərçiboğan, Çomaxtur, Yengicə və Oğlanqala kənd Avtomat Telefon Stansiyasınlarıda portların artırılması üçün 48 portluq DSLAM avadanlığı quraşdırılaraq asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılmışdır. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 185 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. May ayında muxtar respublika ərazisində, ümumilikdə, 11260 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 502 yeni abunəçi internetlə təmin olunmuşdur. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində komunal xərclərin yığılması davam etdirilmişdir.
               

             
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti