Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 100.9 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 617 min 672 manat təşkil edib.

Ətraflı: Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

"Yeni il virusu"

Son günlərdə "WhatsApp" messencerində "Yeni il virusu" aşkarlanıb. Bu virusun yayılma üsulu çox sadədir. Belə ki, yeni il bayramı ilə bağlı gələn mesajlarda virusa yoluxmuş veb saytların linki göndərilir. Hakerlər bu yolla istifadəçinin smartfon və ya kompüterindəki fərdi məlumatlara daxil olurlar.
Bununla yanaşı, reklamlar, şəxsi məlumat sorğuları və bəzi xidmətlər üçün üzvlük təklifləri də daim istifadəçinin qarşısına çıxır. "Yeni il virusu" çox sadə bir hiylə olsa da, bu tora düşənlər az deyil. "WhatsApp" ən məşhur mesajlaşma tətbiqidir və bu virusların proqram vasitəsi ilə yayılması çox asandır. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə diqqətli olmağı və tanımadığınız şəxslərdən "təbrik mesajları" adı ilə gələn bütün mesajları bloklamağı tövsiyə edir. “Yeni il virusu” dostdan gəlibsə, onu bu barədə məlumatlandırmaq məsləhət görülür.


Naxçıvan Muxtar Respublikasının
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
Elektron Təhlükəsizlik Mərkəzi

Tələbələrlə görüş

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar ­Nazirliyində  Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, əsas məqsədimiz gələcəkdə informasiya­-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr gələcəkdə işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

Ətraflı: Tələbələrlə görüş