Telefon rabitəsi telefon şəbəkələrinin fəaliyyət dairəsində olan, dünyanın hər-hansı yaşayış məntəqəsində vətəndaşlara və müəssisələrə telefon danışıqları aparmağa və məlumatlar verməyə imkan yaradan rabitə xidməti növüdür.

1. Telefon rabitəsi simli və simsiz olmaqla yerli, şəhərlərarası, beynəlxalq və faksmil rabitələrindən,  eləcə də sorğu-məlumat və s. xidmətlərindən istifadə etmək üçündür.

2. Telefon rabitəsindən istifadə etmək üçün telefon aparatları mənzillərdə, idarə-müəssisələrdə qurulur. Bu telefonlar sərbəst, cütləşmiş olmaqla fərdi və ya ümumi istifadəli olurlar. Bunlardan başqa müxtəlif ictimai yerlərdə, eləcədə müəssisələrdə pullu telefon avtomatlar (taksafonlar) qurulur.

Rabitə İdarələrinin göstərdiyi xidmət növləri: 

Xidmət növləri

Kod

Şəhərlər arası və Beynəlxalq rabitə xidməti

0,00

“Nakhinternet.az”  servis xidmətləri

116

Qaynar Xətt

209

Geniş zolaqlı internet xidməti (ADSL)

(036) 5452270

 

Digər telefon xidmətləri:

▪ Məhdudiyyətsiz telefon çəkilişi;

▪ Müxtəlif sürətli birləşdirici xətlərin icarəyə verilməsi;

▪ Binaların kabelləşdirilməsi və telefonlaşdırılması;

▪ Telefon şəbəkəsinə çıxış üçün birləşdirici xəttin çəkilişi.

 

İnternet xidmətləri:

▪ web-səhifələrin yerləşdirilməsi;

▪ portalların hazırlanması;

▪ ödənişli kartlar;

▪ sürətli internet;

▪ ayrılmış xətlər vasitəsilə birləşmə.

GPON evədək optika layihəsi

 

Naxtel rabitə xidməti:

▪ simsiz telefon xidmətləri;

▪ simsiz internet xidməti -

 
TELEKOM / SİMSİZ RABİTƏ

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2007-ci ilin mart ayından etibarən CDMA simsiz rabitə texnologiyasına əsaslanan “Naxtel” rabitə şəbəkəsi abunəçilərə xidmət göstərir. Hazırda şəbəkənin 5000 - dən artıq abunəçisi var. Bundan başqa “Naxtel”in  terminal tipli və maşın üçün olan telefonları da satışdadır.

Vətəndaşlar istədiyi vaxt yarım saat içərisində “Naxtel” abunəçisi ola bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə “Naxtel” müştəri xidmətlərinə müraciət edib, istəyə uyğun olaraq telefonun növünü və nömrə seçmək, seçimin müqabilində isə tələb olunan məbləği ödəmək kifayətdir.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən “Naxtel” şəbəkəsi üzərindən Simsiz internet xidməti abunəçilərin istifadəsinə verilmişdir. Simsiz internetə qosulmaq üçün abunəçilərə təklif olunan bir neçə vasitə mövcuddur: stasionar tipli telefonlar, mobil tipli telefonlar, terminal tipli telefonlar və data modemlər.

“Naxtel” Simsiz internetindən istifadə etmək üçün sadalanan vasitələrdən hər hansı birini kompüterə USB kabeli vasitəsi ilə qosulub və CD vasitəsi ilə tanıdılması kifayətdir. İnternet vaxta görə ödəmə kartlar vasitəsi ilə istifadəçilərə təqdim olunur.

2009-cu ildə “Naxtel” CDMA simsiz rabitə şəbəkəsinin  genişləndirilməsi məqsədi ilə dörd ədəd yeni baza stansiyası istifadəyə verilmiş , beləliklə şəbəkənin  ümumi yaşayış ərazilərinin təxminən 80%-nin  əhatə etməsi təmin edilmişdir. Bundan başqa, abunəçilərin günün istənilən vaxtında öz borcları haqda məlumat ala bilmələri üçün 250 sorğu xidməti yaradılmış, “Naxtel” telefonlarının borca görə bağlanması və borc odənildikdən sonra açılması tamamilə avtomatlaşdırılmışdır.

2015-cı ildən Naxçıvan MR RYTN tərəfindən muxtar respublika üzrə 98 ədəd Naxtel LTE baza stansiyası qurularaq istismara verilmişdir.